featured-image-63349

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya yayda komandanı tərk edəcək.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat paylaşıb.

İddiaya görə, 67 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olsa da, o, klubdan vaxtından əvvəl ayrılmaq üçün danışıqlar aparmaq niyyətindədir.

Klaudio Ranyeriyə əvəzləyici axtarışlarını davam etdirən “Roma”nın Qasperininin xidmətində maraqlı olduğu bildirilib.

Qasperini 2016-cı ilin yayından “Atalanta”ya rəhbərlik edir. O, həmçinin “Cenoa”, “Palermo”, “İnter” və “Krotone” klublarını da çalışdırıb.

30 turdan sonra “Atalanta”nın 58 xalı var və A Seriyasında “İnter”dən 9 xal geri qalaraq 3-cü yerdədir.

Bənzər xəbərlər