featured-image-42156

Seneqal millisinin müdafiəçisi Şeyxu Kuyate Afrika Millətlər Kuboku zamanı düşərgəni tərk edib.

Msport.az.az xəbər verir ki, buna səbəb futbolçunun atasının vəfat etməsi olub.

Onun Dakardakı dəfn mərasiminə qatılması üçün təlim-məşq toplanışını tərk etməsinə icazə verilib. Şeyxu bundan sonra yenidən yığmaya qoşulacaq.

Qeyd edək ki, Seneqal yığması Afrika Millətlər Kubokuna Qambiya üzərində 3:0 hesablı qələbə ilə başlayıb. 34 yaşlı müdafiəçi qarşılaşmanı ehtiyatdan izləyib.

Bənzər xəbərlər