Atilla Salai Bundesliqa klubuna keçdi
“Fənərbağça”nın futbolçusu Atilla Salai klubunu dəyişib.
Msport.az xəbər verir ki, macarıstanlı müdafiəçi “Hoffenhaym”a keçib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Hoffenhaym” bu transferə görə İstanbul təmsilçisinə 12,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Salai 2021-ci ildən “Fənər”də çıxış edir.
Royal Türksoy







