featured-image-31156

“Atletik” İniqo Martinesin klubdan ayrıldığını açıqlayıb.

Msport.az xəbər verir ki, müdafiəçinin Bilbao təmsilçisi ilə müqaviləsi iyunun sonunda başa çatır.

Futbolçu anlaşmanı uzatmaqdan imtina edib və komandanı azad agent kimi tərk edir.

Martines “Atletik”də 6 mövsüm keçirib.

32 yaşlı oyunçu “Barselona”ya keçməyə yaxındır. Kataloniya klubu yaxın günlərdə transferi açıqlaya bilər. İniqo “Barsa” ilə 3 illik müqaviləyə imza atacaq.

 

 

 

 

 

 

Bənzər xəbərlər