featured-image-20911

İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Msport.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

“Atletik” “Espanyol” səddini tək qolla keçib. “Valensiya” isə Xixon “Sportinq”ini səfərdə 4 cavabsız qolla üstələyib. “Betis” – “Osasuna” matçında əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Osasuna” 1/4 finala yüksəlib. “Levante” ilə qarşılaşan Madrid “Atletiko”su da inamlı qələbə ilə mərhələ adlayıb.

İspaniya Kuboku
1/8 final

17 yanvar

Real Sosyedad – Malyorka 1:0
Qol: Navarro, 5.

Alaves – Sevilya 0:1
Qol: Rakitiç, 48.

18 yanvar

Sportinq (Xixon) – Valensiya 0:4
Qol: Kavani, 10; 21. Kluyvert, 21. Lino, 64.

Atletik – Espanyol 1:0
Qol: De Markos, 27.

Betis – Osasuna 2:2 (penaltilər 2:4)
Qol: Karvalyo, 62. Sabali, 103 – D.Qarsiya, 90+1. R.Qarsiya, 106.

Levante – Atletiko (Madrid) 0:2
Qol: Morata, 54. Lyorente, 90+1.

19 yanvar

23:00. Seuta – Barselona
00:00. Vilyarreal – Real

Bənzər xəbərlər