featured-image-44643

“Atletiko” müdafiəçisi Sezar Aspilikueta  ilə müqavilə müddətini uzadacaq. Msport.az “Marca”ya istinadən xəbər verir ki, tərəflər yeni anlaşma ilə bağlı artıq ortaq məxrəcə gəliblər.

Yeni müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 34 yaşlı futbolçunun müqaviləsi bu ilin yayında başa çatır.

O, cari mövsüm bütün turnirlərdə 22 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Aspilikueta ötən yay “Çelsi”ni tərk edərək Madrid təmsilçisinə azad agent kimi keçmişdi.

 

Bənzər xəbərlər