featured-image-51615

“Atletiko” “Real Sosyedad”dan Roben Le Normanın transferini açıqlayıb. Msport.az xəbər verir ki, bununla bağlı Madrid klubunun mətbuat xidməti açıqlamaya yayıb.

Qeyd olunub ki, yaxın günlərdə futbolçu məzuniyyətdən qayıtdıqdan sonra ictimaiyyətə təqdim olunacaq.

Le Norman İspaniya millisinin heyətində Avro-2024-də çempion olub. O, ötən mövsüm 43 oyunda meydana çıxıb və 2 qol vurub.

 

Bənzər xəbərlər