featured-image-38444

İspaniyanın “Atletiko” klubu icarə əsasında “Barselona”da çıxış edən Joao Feliksin transferindən 80 milyon avro qazanmaq istəyir.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı hücumçunu yalnız bu məbləğ qarşılığında buraxmağa razıdır.

Kataloniyalılar çətin maliyyə vəziyyətinə görə bu məbləği ödəyə bilmir və portuqaliyalı forvardı yenidən icarəyə götürmək niyyətindədir.

Bənzər xəbərlər