“Atletiko” Braziliyadan futbolçu aldı
“Atletiko” “Botafoqo”nun futbolçusu Tiaqo Almadanı transfer edib.
Msport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün Madridə gedəcək.
Argentinalı futbolçu daha sonra müqavilə imzalayacaq. O, 2024-cü ilin yayından Braziliya klubunun formasını geyinirdi.
Qeyd edək ki, Almada bu ilin əvvəlində icarə əsasında “Lion”a keçib. Bu müddətdə o, 20 matçda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.