featured-image-45047

İspaniyanın “Atletiko” (Madrid) klubu UEFA Çempionlar Liqasında yeni rekor müəyyənləşdirib.

Msport.az xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu komanda buna “İnter”ə 1/8 final mərhələsinin cavab matçında penaltilər seriyasında qalib gəlməklə nail olub.

Madrid təmsilçisi bu turnirdə “lotereya”da üç qələbə qazanmağı bacaran ilk klub olub.

Qeyd edək ki, səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan “Atletiko” evdə qalib gəlib – 2:1. Paytaxt klubu penaltilər seriyasında 3:2 hesablı qələbəyə sevinib.

Bənzər xəbərlər