featured-image-30306

“Atletiko”nun hücumçusu Alvaro Morata mövsümün sonuna kimi sıradan çıxb. Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu İspaniya La Liqasının 35-ci turunun “Osasuna” ilə oyununda (3:0) fasilədə əvəzlənib.

“Marca”nın məlumatına görə, ispaniyalı forvard “Osasuna”nın müdafiəçisi David Qarsiya ilə toqquşmadan sonra boğazından zədə alıb.

Oyundan sonra futbolçu xəstəxaya aparılıb.

Morata paytaxt klubunun La Liqada növbəti 3 oyununu buraxmalı olacaq. O, “Espanyol”, “Real Sosyedad” və “Vilyarreal”la matçlarda meydana çıxmayacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər