"Atletiko" İtaliya millisinin hücumçusunu transfer etdi - RƏSMİ
İtaliya millisinin üzvü Cakomo Raspadori karyerasını İspaniya La Liqasında davam etdirəcək. Msport.az xəbər verir ki, “Napoli”nin hücumçusu “Atletiko”ya transfer olunub.
Mediada yazılanlara görə, Madrid klubu 25 yaşlı futbolçunu 22 milyon avroya heyətinə cəlb edib.
O, “Atletiko” ilə 5 illik müqavilə imzalayıb.
Raspadori “Napoli”yə 2022-ci ilin yayında “Sassuolo”dan keçmişdi. O, 3 il ərzində “Napoli”nin heyətində iki dəfə İtaliya çempionu olub.