featured-image-61740

“Atletiko” kapitanı Kokeni itirib.

Msport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi zədələnib.

Madrid klubunun mətbuat xidməti orta sahə oyunçusunun sağ ayağının əzələsindən xəsarət aldığını açıqlayıb. Kokenin bərpa müddəti hələlik bəlli deyil. İlkin ehtimala görə, o, martın sonuna qədər komandadan uzaq qalacaq.

Qeyd edək ki, Koke cari mövsüm La Liqada 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər