featured-image-23908

“Atletiko” Anxel Korreyaya “Real”la oyunda göstərilən qırmızı vərəqəyə görə, apellyasiya şikayəti edəcək.

Msport.az “As”a istinadən xəbər verir ki, Madrid derbisinin 64-cü dəqiqəsində hakim Xesus Xil Mansano argentinalı hücumçuya qırmızı vərəqə göstərmişdi.

Qeyd edək ki, Korrea meydanın mərkəzində Antonio Rüdiqerlə mübarizədə dirsəyi ilə onun sinəsinə dəymişıdi.

“Atletiko” düşərgəsi bu cəzanın həddən artıq ağır olduğu düşüncəsindədir. Bu səbəbdən də onlar Apellyasiya Komitəsinə müraciət edəcəklər. 121-ci maddəyə əsasən, 27 yaşlı futbolçu ən azı 2 oyunluq cəzalana bilər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər