“Atletiko Madrid”dən “Roma”ya
“Atletiko Madrid”in futbolçusu Alvaro Morata klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, ispaniyalı forvardla “Roma” maraqlanır.
Paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo daha əvvəl Alvaroya zəng edərək onu komandasına dəvət etdiyi bildirilir.
Madrid klubu futbolçu üçün 22 milyon avro tələb edir.
Qeyd edək ki, Morata son mövsüm La Liqada keçirdiyi 36 oyunda 13 qol vurub, 2 assist edib.
Royal Türksoy







