featured-image-32475

“Tottenhem”in futbolçusu Pyer-Emil Heyberq karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçiylə “Atletiko Madrid”in maraqlandırdığı bildirilir.

Londonlular sərfəli təklif gələrsə, Heyberqi satmağa hazırdırlar.

27 yaşlı futbolçu “Bayern Münhen”in də maraq dairəsində yer alıb.

Qeyd edək ki, Heyberq 2020-ci ildən “Tottenhem”də çıxış edir. O, ötən mövsüm ərzində 44 oyunda iştirak edib, 5 qol və 7 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər