featured-image-32944

“Atletiko” Alvaro Santyaqo Mourinyo Qonsalesin transsferini açıqlayıb. Msport.az xəbər verir ki, Madrid klubu 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə bağlayıb.

Gənc futbolçu Uruqvayın “Rasinq” komandasından heyətə cəlb olunub.

O, mövsüm öncəsi hazırlığı Dieqo Simeonenin rəhbərliyi altında keçəcək. Daha sonra Mourinyonun komandada qalacağı və ya icarəyə veriləcəyi ilə  bağlı qərar veriləcək.

Müdafiəçi ötən mövsüm Uruqvay yüksək liqasında 14 oyun keçirib.

ANAR 

Bənzər xəbərlər