“Atletiko” müdafiəçi ilə vidalaşır
İspaniyanın “Atletiko” klubu futbolçusu Stefan Saviçlə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, müdafiəçi müqaviləsinin 2025-ci ilə qədər qüvvədə olmasına baxmayaraq, azad agent kimi komandadan getmək istəyib və klub onun istəyinə müsbət cavab verib.
Qeyd olunur ki, 33 yaşlı çernoqoriyalı bir neçə klubun maraq dairəsinə düşüb.
Xatırladaq ki, Saviç 2015/16 mövsümündən bəri “Atletiko”nun şərəfini qoruyur.