featured-image-52245

“Atletiko”nun hücumçusu Samu Omorodion İngiltərədə çıxış edəcək.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu “Çelsi”yə keçir.

Premyer Liqa təmsilçisi madridlilərin müqavilə şərtləri ilə razılaşıb. Madridlilər bonuslar istisna olmaqla 35 milyon funt-sterlinq qazanacaq. 20 yaşlı forvard paytaxt klubu ilə 7 illik müqavilə imzalayacaq. Omorodion tezliklə yeni komandasında tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Samu Omorodion ötən mövsümü icarə əsasında “Alaves”də keçirib, 34 oyunda 8 qol vurub.

Bənzər xəbərlər