“Atletiko”nun əsas futbolçusu “İnter”lə matçda iştirak edəcək
İspaniyanın “Atletiko” klubunun futbolçusu Antuan Qrizmannın durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, hücumçu İtaliyanın “İnter” komandasına qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında iştirak edə biləcək.
Səfərdə bu rəqibə 0:1 hesabı ilə uduzduqları matçda xəsarət alan oyunçunun zədəsi ciddi deyil
Qeyd edək ki, “Atletiko” – “İnter” oyunu martın 14-ü saat Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.