featured-image-45838

İtaliyanın “Bolonya” klubunun futbolçudu Con Lukumi karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Atletiko” müdafiəçini heyətinə qatmaq istəyir.

Kolumbiya millisinin üzvü Madrid klubuna keçmək niyyətindədir. “Atletiko” ona görə 10 milyondan artıq pul xərcləmək istəmir.

Oyunçu “Mançester Yunayted”in də diqqət mərkəzindədir.

Qeyd edək ki, Lukumi “Deportivo Kali” və “Genk” klublarında oynayıb. O, 2022-ci ildə “Bolonya”ya keçib.

Bənzər xəbərlər