featured-image-24127

“Atletiko”nun müdafiəçisi Reynildu Mandava zədə səbəbindən 8 ay yaşıl meydanlardan kənarda qalacaq. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu fevralın 25-də “Real”la derbidə zədələnmişdi.

Reynildu çarpazvari bağların qopması səbəbindən fevralın 26-da əməliyyat olunub. Həkimlər əvvəlcə onun 5-6 aya meydanlara qayıda biləcəyini desələr də, indi bərpanın 7-8 ay çəkəcəyini bildiriblər.

Xatırladaq ki, Reynildu “Atletiko”ya 2022-ci ilin qışında Fransanın “Lill” klubundan keçib. Onun İspaniya təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununa kimidir. Mozambikli futbolçu cari mövsümdə 22 oyunda meydana çıxıb.

ANAR ABDULLAYEV  

 

Bənzər xəbərlər