featured-image-23896

“Atletiko”nun müdafiəçisi Reynildu Mandava “Real”la matçda (1:1) ağır zədə alıb. Msport.az xəbər verir ki, o, 23-cü dəqiqədə Federiko Valverde topu alarkən xəsarət alıb. “Kral klubu”nun yarımmüdafiəçisi həmin epizodda qaydanı pozmayıb. Reynildu isə meydanı xərəkdə tərk edib.

Mozambik yığmasının üzvü tibbi müayinədən keçdikdən sonra məlum olub ki, ön çarpaz bağları qopub. Bu o deməkdir ki, Reynildu cari mövsümdə meydana çıxa bilməyəcək.

29 yaşlı müdafiəçi bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 33 matçda forma geyinib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər