featured-image-16116

“Atletiko”nun prezidenti Enrike Sereso baş məşqçi Dieqo Simeonenin müdafiəsinə qalxıb.

Msport.az “As”a istinadən xəbər verir ki, Madrid klububnun rəhbəri argentinalı mütəxəssisə dəstək olduğunu açıqlayıb:

“Simeonenin tənqid olunmasını başa düşmürəm. Heç başa düşmürəm. Biz bu mövsümə heç də yaxşı başlamadıq. Çətin vəziyyətə düşdük.

Təəssüf ki, çox şey istədiyimiz kimi getmədi. Lakin son 12 ildə çox yaxşı hadisələr oldu. Biz bütün səhifəni ləkələmək istəyirik?

İndi Avropa Liqasına düşməyə çalışmalıyıq. Bizim əla komandamız və əla baş məşqçimiz var. Əgər biz avrokuboklarda oynamasaq belə, həyat davam edir. Bizim başqa məqsədlərimiz olacaq – La Liqa, İspaniya kuboku”.

Bənzər xəbərlər