featured-image-26302

“Atletiko” Dani Sebalyosun transferi ilə bağlı “Real”a ikinci dəfə müraciət edib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, yayda müqaviləsi başa çatacaq yarımmüdafiəçi hələ ki “kral klubu”ndan yeni təklif almayıb.

26 yaşlı futbolçu gələcək karyerası ilə bağlı yekun qərar verməmişdən öncə komandası ilə bir daha danışmaq istəyir.

Sebalyos bu mövsüm 31 oyunda 1 qol vurub və 6 məsuldar ötürmə verib.

“Real” Cud Bellinqemin transferi ilə bağlı məsələləri yekunlaşdırmadığından Sebalyosa yeni təklif göndərməyib. Əgər Belllinqemin keçidi baş tutmasa, Sebalyos yəqin ki, “Real”da qalacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər