featured-image-48520

Sloveniyalı qapıçı Yan Oblak yayda İspaniyanın “Atletiko” klubundan ayrıla bilər.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.

Qolkiper baş məşqçi Dieqo Simeone üçün vacib oyunçu hesab edilir. Oblak paytaxt təmsilçisi ilə vidalaşsa, rəhbərlik “Valensiya”nın gürcüstanlı qapıçısı Giorgi Mamardaşvilini transfer etmək variantını nəzərdən keçirəcək.

Qeyd edək ki, Oblak cari mövsüm bütün turnirlərdə 53 matça çıxı və 68 qol buraxıb. O, 15 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər