featured-image-41951

“Atletiko”nun vingeri Anxel Korrea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az xəbər verir ki, ərəb ölkəsinin adı açıqlanmayan klubu 28 yaşlı futbolçu ilə maraqlanır.

Həmin klubun Korreaya 3 illik müqavilə təklif etdiyi vurğulanıb. Argentina millisinin üzvü keçidə razılıq versə, üç il ərzində 60 milyon avro qazanacaq. Ötən yay Səudiyyə Ərəbistanından gələn təklifi rədd edən futbolçu bu dəfə transferin baş tutmasına müsbət yanaşır.

Qeyd edək ki, Anxel Korreanın “Atletiko” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidi.

Bənzər xəbərlər