featured-image-23322

İngiltərə Premyer Liqasının 24-cü turunun “Çelsi” – “Sautqempton” oyunundan əvvəl futbolçular və azarkeşlərlər Türkiyədəki zəlzələ zamanı vəfat etmiş Kristian Atsunun xatirəsini yad ediblər.

Msport.az xəbər verir ki, qanalı futbolçu 2013-2017-ci illərdə London klubunun şərəfini qoruyub. Amma Atsu “zadəganlar”ın heyətində rəsmi matçlarda forma geyinməyib.

Tablodaki fotoda “Sən bizim xatirələrimizdəsən” yazılıb.

Fevralın 6-da baş verən təbii fəlakətdən sonra “Hatayspor”un üzvü ilə əlaqə yaratmaq mümkün olmamışdı.

Yalnız fevralın 18-də Atsunun öldüyü dəqiqləşib.

ANAR ABDULLAYEV

media-d25477a6-19d0-4660-afae-08a64925fed7

Bənzər xəbərlər