featured-image-23121

Zəlzələdə dağıntılar altında qalan “Hatayspor”un futbolçusu Kristian Atsunun agenti Nani Seçera axtarışların gedişindən narazılığını bildirib.

Msport.az BBC-yə istinadən xəbər verir ki, o, oyunçunun bir neçə dəst ayaqqabısının tapıldığını bildirib. Onun sözlərinə görə, dağıntı zamanı Atsunun hansı otaqda yatdığını dəqiq müəyyənləşdirmək mümkün olub:

“Televiziya kameraları müəyyənləşdirib ki, dağıntılar altında beş nəfər sağ qala bilər. Amma axtarışlar çox ləng gedir. “Hatayspor” isə axtarışların sürətləndirilməsi üçün heç bir köməklik göstərmir. Onların yerli iqlimi, oranın şəraitini bilməsi çox kömək olardı”.

Türkiyədəki son zəlzələdən sonra bu ölkədə və Suriyada ölənlərin sayı 40 mini keçib.

Əvvəllər “Çelsi” və “Nyukasl”da oynamış futbolçu itkilər siyahısında göstərilir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər