featured-image-33535

“Çelsi”nin futbolçusu Pyer-Emerik Aubameyanq karyerasını Fransada davam etdirə bilər.

Msport.az xəbər verir ki, qabonlu hücumçuyla “Marsel” maraqlanır. Tərəflərin artıq danışıqlara başladığı vurğulanır.

34 yaşlı futbolçu “Marsel”ə keçmək üçün məvacib tələbini azaltmaq məcburiyyətində olacaq.

Aubameyanqın “Çelsi” ilə müqaviləsi gələn yay bitir. O, son mövsüm ərzində “zadəganlar”la Premyer Liqada keçirdiyi 15 oyunda cəmi 1 qol vurub.

Royal Türksoy

Bənzər xəbərlər