featured-image-29815

“Bayern Münhen”in prezidenti Herbert Hayner maraqlı açıqlaması ilə diqqəti cəlb edib. Msport.az xəbər verir ki, klub rəhbəri “Ausburq”un “Borussiya Dortmund”u məğlub edəcəyi halda, onlara hədiyyə göndərəcəyini deyib:

“Həmişə evdə çempion olmaq xoşdur. Əgər “Ausburq” gələn həftə qalib gəlsə, biz onlara bir qatar pivə göndərəcəyik”.

“Bayern” gələn tur artıq çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Tomas Tuhelin komandası “Leyptsiq”i məğlub etməklə yanaşı, “Borussiya”nın “Ausburq”a uduzmasına da ümid etməlidir.

ANAR

Bənzər xəbərlər