AVRO-2023: Dörd komanda növbəti mərhələyə yüksəldi
Dörd komanda 21 yaşlılar arasında Avropa çempionatında növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Msport.az xəbər verir ki, İngiltərə, Fransa, Ukrayna və İspaniya yığmaları qrupdakı 2 oyundan sonra pley-offa yüksəliblər.
Britaniyalılar 2-ci turda İsrail üzərində inamlı qələbə qazanıblar. 6 xal toplayan İngiltərə C qrupunun lideridir. İkinci sırada 4 xalı olan Çexiya komandasıdır. Almaniya və İsrail hərəyə 1 xal toplayıb.
Fransa seçməsi Norveç üzərində minimal hesablı qələbədən (1:0) sonra xallarının sayını 6-ya çatdırıb və D qrupunda 1-ci pillədədir. İtaliya və İsveçrənin hərəyə 3 xalı var. Norveç aşkar autsayderdir.
Ukrayna və İspaniya da ikinci görüşlərini qələbə ilə başa vurublar.
U-21: Avropa çempionatı
Çexiya – Almaniya 2:1
Qollar: Sejk, 33, Vitik, 87 – Stiller, 70
İngiltərə – İsrail 2:0
Qollar: Qordon, 15, Smit Rou, 68.
İsveçrə – İtaliya 2:3
Qollar: İmeri, 47, Amdouni, 52 – Pirola, 6, Qnonto, 11, Parisi, 45+4.
Norveç – Fransa 0:1
Qol: Olise, 57







