featured-image-36997

Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub.

Msport.az xəbər verir ki, son gündə 4 qrupda ümumilikdə 9 oyun keçirilib.

Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutub. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimalhesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı beş cavabsız qolla üstələyib. İsveç isə evdə Avstriyaya yenilib.

Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşib. İkinci yerə iddia edən İtaliya ilə Ukraynanı 2:1 hesabı ilə üstələyib.

AVRO-2024-ün seçmə mərhələsi
VI tur
12 sentyabr

A qrupu
İspaniya – Kipr 6:0
Norveç – Gürcüstan 2:1
Xal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 9 (4), Norveç – 7 (5), Gürcüstan – 4 (5), Kipr – 0 (5)

C qrupu
İtaliya – Ukrayna 2:1
Malta – Şimali Makedoniya 0:2
Xal durumu: İngiltərə – 13 (5), Ukrayna – 7 (5), İtaliya – 7 (4), Şimali Makedoniya – 7 (5), Malta – 0 (5)

F qrupu
Belçika – Estoniya 5:0
İsveç – Avstriya 1:3
Xal durumu: Belçika – 13 (5), Avstriya – 13 (5), İsveç – 6 (5), Azərbaycan – 1 (4) Estoniya – 1 (5)

I qrupu
İsrail – Belarus 1:0
Rumıniya – Kosovo 2:0
İsveçrə – Andorra 3:0
Xal durumu: İsveçrə – 14, Rumıniya – 12, İsrail – 11, Kosovo – 4, Belarus – 4, Andorra – 2

Bənzər xəbərlər