Vüsal İsgəndərlinin komandası zirvədə qaldı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Malişeva”nın Kosovo çempionatında keçirdiyi növbəti oyunda iştirak edib.
Msport.az xəbər verir ki, Superliqanın 12-ci turu çərçivəsində həmyerlimizin komandası öz meydanında “Feronikeli-74” ilə 0:0 hesablı heç-heçə edib.
İsgəndərli meydan sahiblərinin start heyətində meydana çıxıb.
İki xal itirməsinə baxmayaraq, “Malişeva” Kosovo çempionatının turnir cədvəlində birinci pillədəki mövqeyini qoruyub. 12 oyundan sonra komandanın aktivində 27 xal var. Ən yaxın izləyicisi “Priştina” isə ehtiyatda bir oyunu olmaqla 26 xal toplayıb.







