featured-image-84350

Azərbaycan Premyer Liqasında X tura bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, sonuncu oyunda “Sumqayıt” “Şəfa”nı qəbul edəcək.

Qarşılaşma “SOCAR Polymer Arena”da, saat 19:00-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 8 xalla 9-cu pillədə qərarlaşıb. Qonaqlar 3 xalla 11-cidir.

 

Premyer Liqa

I dövrə

2 noyabr

 

19:00. “Sumqayıt” – “Şəfa”

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Törə Əhmədova

“SOCAR Polymer Arena”

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında “Turan Tovuz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (3:2), “Kəpəz” “İmişli”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Bənzər xəbərlər