featured-image-84353

“Arsenal” İngiltərə çempionatının IX turunda səfərdə “Liverpul”u məğlub edərək turnir cədvəlində liderliyə yüksəlib.

Msport.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşma “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 16-cı dəqiqədə Kay Haverts vurub. “Arsenal” 24 xalla turnir cədvəlində vahid liderdir. “Mançester Siti” 21 xalla ikinci, 15 xalı olan “Liverpul” isə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Mançester Siti” bu turda doğma meydanda “Brayton”a 0:1 hesabı ilə uduzub. Növbəti turda “Arsenal” noyabrın 7-də “Hall Siti”ni qəbul edəcək. “Liverpul” isə noyabrın 8-də səfərdə “Kristal Pelas”la qarşılaşacaq.

Bənzər xəbərlər