featured-image-49520

İspaniya millisi AVRO-2024-dəki ilk oyununa itki ilə çıxacaq.

Msport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Luis de la Fuente açıqlayıb.

O bildirib ki, Emerik Laport 1-ci turu buraxacaq. Müdafiəçi Xorvatiyaya qarşı oynamayacaq: “Laport zədələnməyib. Amma bəzi problemləri var. Qərara gəldim ki, risk etməyək. Bu üzdən də Emerik oynamayacaq”.

Qeyd edək ki, İspaniya və Xorvatiya arasında matç bu gün baş tutacaq.

Bənzər xəbərlər