AVRO-2024-də ehtiyat skamya problemi
Bu il Almaniyada keçiriləcək Avropa çempionatında ehtiyat oyunçular skamyası ilə bağlı problem yaşana bilər.
Msport.az xəbər verir ki, UEFA-nın son qərarının bunda təsiri böyükdü.
Belə ki, qitə futbol qurumu komandaların turnirə 26 futbolçu ilə yollanmalarına icazə verib. Lakin stadionların oturacaqları 23 oyunçunun tətbiqi üçün quraşdırılıb. Bu səbəbdən Almaniyada futbolçuların texniki zonada ot üzərində oturmalarına icazə verilməsi gözlənilir.
Qeyd edək ki, AVRO-2024 14 iyun – 14 iyul aralığında keçiriləcək.