AVRO-2024-də ən çox qazanan baş məşqçilər
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt 2024-cü il Avropa çempionatında ən çox maaş alan məşqçidir.
Msport.az xəbər verir ki, onun maaşı ildə 5,8 milyon avrodur. İkinci ən çox qazanan 4,8 milyon avro maaşla Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanndır. İlk “üçlüy”ü 4 milyon avro maaşla Portuqaliyanın çalıştırıcısı Roberto Martinez tamamlayır.
AVRO-2024-ün ən çox qazanan 10 məşqçisi:
1. Qaret Sautqeyt (İngiltərə) – 5,8 milyon avro.
2. Yulian Naqelsmann (Almaniya) – 4,8 milyon avro.
3. Roberto Martinez (Portuqaliya) – 4 milyon avro.
4. Didye Deşam (Fransa) – 3,8 milyon avro.
5. Ronald Kuman (Niderland) – 3 milyon avro.
6. Luçano Spalletti (İtaliya) – 3 milyon avro.
7. Vinçenzo Montella (Türkiyə) – 1,5 milyon avro.
8. Murat Yakın (İsveçrə) – 1,4 milyon avro.
9. Ralf Ranqnik (Avstriya) – 1,3 milyon avro.
10. Domeniko Tedesko (Belçika) – 1,3 milyon avro.
Xatırladaq ki, AVRO-2024-ün finalında İngiltərə yığması İspaniya ilə qarşılaşacaq. Görüş iyulun 14-də, saat 23:00-da baş tutacaq.