featured-image-49849

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunun rəmzi komandası açıqlanıb.

Msport.az xəbər verir ki, dörd gün davam edən turun “11-liy”ində 9 komandanın futbolçuları yer alıblar.

Portuqaliya və İspaniyanın iki üzvü heyətə daxil edilib. Digər yığmalar bir oyunçu ilə təmsil olunub.

Qapıçı: Georgi Mamardaşvili (Gürcüstan);

Müdafiəçilər: Mark Kukurelya (İspaniya), Jan Karniçnik (Sloveniya), Manuel Akanji (İsveçrə), Pepe (Portuqaliya);

Yarımmüdafiəçilər: Nikolay Şaparenko (Ukrayna), Morten Yulman (Danimarka), İlkay Gündoğan (Almaniya);

Hücumçular: Bernardu Silva (Portuqaliya), Niko Uilyams (İspaniya), Kristof Baumqartner (Avstriya).

Bənzər xəbərlər