featured-image-49910

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda Şotlandiya ilə oyunda (1:0) zədələnən Macarıstan millisinin futbolçusu Barnabas Varqa əməliyyat olunub.

Msport.az xəbər verir ki, bu barədə Macarıstan millisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat uğurlu alınıb. Macarıstanlı futbolçunun sabah xəstəxanadan buraxılması gözlənilir.

Varqa iki gün əvvəl Ştutqartda baş tutan qarşılaşmada şotlandiyalı qapıçı ilə toqquşub və yerə yıxılıb. 30 yaşlı hücumçu bir neçə dəqiqə meydandan qalxa bilməyib və oksigen maskası taxılaraq xərəkdə aparılıb.

Qeyd edək ki, Macarıstan yığması A qrupunda 3-cü yeri tutub.

Bənzər xəbərlər