featured-image-49344

AVRO-2024-də iştirak edəcək Niderland yığması növbəti itki ilə üzləşib.

Msport.az xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Frenki de Yonqdan sonra daha bir yarımmüdafiəçi sıradan çıxıb. Belə ki, Ten Koepmeynners İslandiya ilə yoldaşlıq matçından öncə isinmi hərəkətləri edərkən zədələnib və onun da qitə birinciliyində iştirak etməyəcəyi təsdiqini tapıb.

Qeyd edək ki, Niderland yığması AÇ-2024-də Polşa, Fransa və Avstriya yığmaları ilə qarşılaşacaq.

Bənzər xəbərlər