featured-image-47802

AVRO-2024-də iştirak etmək hüququ qazanan Avstriya milli komandası ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, yığmanın “Leypziq”də çıxış edən futbolçusu Xavyer Şlager zədələnib.

O, Almaniya Bundesliqasının XXXII turunda “Hoffenhaym”la keçirilən oyunda (1:1) sıradan çıxıb. 26 yaşlı yarımmüdafiəçinin təxminən 3-4 ay futbol oynaya bilməyəcəyi açıqlanıb. Bu isə o deməkdi ki, Avstriya millisi Avropa çempionatında Şlagerin xidmətindən yararlana bilməyəcək.

14 iyun – 14 iyul aralığında keçiriləcək Avro-2024-ə Almaniya ev sahibliyi edəcək.

Bənzər xəbərlər