featured-image-49579

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun baş tutub.

Msport.az-ın məlumatına görə, Fransa millisi Avstriya ilə üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib – 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bənzər xəbərlər