Avro-2024: Gürcüstan və Qazaxıstan üçün tarixi şans
Bu gün Avro-2024-ün final mərhələsinə vəsiqə uğrunda oyunlar keçiriləcək. Msport.az xəbər verir ki, Millətlər Liqasının A, B və C liqalarında 6 yığma son 3 vəsiqəni əldə etmək üçün mübarizə aparacaq.
Gürcüstan və Qazaxıstan komandaları da qitə çempionatının final mərhələsinə getmək üçün tarixi şans əldə ediblər. Hər iki komanda Avro-2024-ə yüksəlmək üçün C liqasının final hissəsində yarışır.
Gürcüstan yığması bu gün “Dinamo Arena”da Lüksemburqu qəbul edəcək. Oyunu izləyənlər arasında UEFA-nın baş katibi Teodore Teodoridis da olacaq.
Qazaxıstan yığması isə Afinada Yunanıstanla üz-üzə gələcək. Daha sonra bu iki cütqn qalibi qitə çempionatına vəsiqə uğrunda son oyuna çıxacaqlar.
Avropa çempionatı. Pley-off
A Liqası
23:45 Polşa – Estoniya
23:45 Uels – Finlandiya
B Liqası
23:45 İsrail – İslandiya
23:45 Bosniya və Herseqovina – Ukrayna
C Liqası
21:00 Gürcüstan – Lüksemburq
23:45 Yunanıstan – Qazaxıstan
AVRO-2024. Final mərhələsi
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)
E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)
F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)