featured-image-49479

Əfsanəvi futbolçu Frans Bekkenbauerin həyat yoldaşı Haydi Bekkenbauer Almaniyada keçiriləcək Avropa çempionatının açılış mərasimində iştirak edəcək.

Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, turnirin qalib komandasına verilən “Henri Delaunay”. Matçdan öncə stadionda F. Bekkenbauer haqqında qısa videoçarx nümayiş etdiriləcək.

Dünya futbolunun əfsanələrindən sayılan Bekkenbauer bu ilin yanvarın 7-də 78 yaşında vəfat edib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi etdiyi Avro-2024 bu gün start götürəcək. Açılış matçında Bundestimlə Şotlandiya seçməsi üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər