featured-image-49806

Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsman “Frankfurt Arena”nın qazonunun vəziyyətindən gileylənib. Msport.az xəbər verir ki, bu arenada Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Almaniya – İsveçrə oyunu keçiriləcək,

“Məni oyundan çox, futbolçuların zədə ala biləcəyi riski narahat edir. Ucaboy olmayan futbolçularla bağlı vəziyyət o qədər də qorxulu deyil, hündür oyunçular isə… bu, sanki qışda yay təkərləri ilə avtomobil sürmək kimidir.

Mən istəmirəm ki, kimsə zədəyə görə 6 ay yaşıl meydanlardan kənarda qalsın. Bu qazon çox yapışqan və yumuşaqdır”.

Qeyd edək ki, Almaniya – İsveçrə görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bənzər xəbərlər