featured-image-45431

AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-offun yarımfinal oyunları keçirilib.

Msport.az xəbər verir ki, baş tutan 6 görüşdən sonra finalçılar müəyyənləşib.

A Liqasından Polşa, Uels, B Liqasından Ukrayna, İslandiya, C Liqasından Gürcüstan və Yunanıstan həlledici matçda iştirak hüququ əldə edib.

AVRO-2024

Pley-off, yarımfinal oyunları

A Liqası

Polşa – Estoniya – 5:1

Uels – Finlandiya – 4:1

B Liqası

Bosniya və Herseqovina – Ukrayna – 1:2

İsrail – İslandiya – 1:4

C Liqası

Gürcüstan – Lüksemburq – 2:0

Yunanıstan – Qazaxıstan – 5:0

Finalın cütlükləri

A Liqası

Uels  – Polşa

B Liqası

Ukrayna – İslandiya

C Liqası

Gürcüstan – Yunanıstan

Qeyd edək ki, finallar martın 26-da keçiriləcək. Finalın üç qalibi Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq.

Bənzər xəbərlər