featured-image-50476

Portuqaliya millisinin lideri Kriştianu Ronaldu Avro-2024-də ən çox oyundan kənar vəziyyətə düşən futbolçudur. Msport.az xəbər verir ki, hücumçu 8 dəfə offsaydda qalıb.

Ondan sonra Niklas Füllkruq (Almaniya), Andraj Şporar (Sloveniya), Barnabaş Varqa (Macarıstan)  gəlirlər – 4 dəfə.

Xatırladaq ki, Portuqaliya yığması 1\4 finalda Fransaya oyunsonrası penalti zərbələrində uduzaraq mübarizəni dayandırıb – 0:0, pen.3:5.

Ronaldu Avro-2024-də bir qol belə vura bilməyib.

 

Bənzər xəbərlər