featured-image-48914

Türkiyə milli komandasının heyətində daha bir itki baş verib.

Msport.az xəbər verir ki, hücumçu Enes Ünal sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Bornmut”un forvardının sol ayaq başmağında sınaıq aşkarlanıb. 27 yaşlı futbolçu Avro-2024-də iştirak etməyəcək.

Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü də zədə səbəbindən turnirdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Türkiyə yığması Almaniyada təşkil olunacaq Avropa çempionatında Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.

Bənzər xəbərlər